BÜDCƏ

Daha bir yolun tikintisinə pul ayrıldı
12 OKTYABR
298

Daha bir yolun tikintisinə pul ayrıldı

2018-10-12 10:03:00

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Fins.az xəbər verir ki, sərəncamla altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün də 3 milyon manat, Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün isə 2 milyon manat ayırıb.

Eləcə də bax:Büdcənin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256