BÜDCƏ

Bu rayona 1 milyon 775 min 76 manat vəsait ayrıldı
09 OKTYABR
125

Bu rayona 1 milyon 775 min 76 manat vəsait ayrıldı

2018-10-09 10:30:00

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 4 oktyabr tarixli Sərəncamının icrası olaraq, Şəki şəhərində 25 ədəd çoxmənzilli binanın dam örtüyünün təmir edilməsi nəzərdə tutulur. Üç, dörd və beş mərtəbədən ibarət olan bu binaların dam örtüklərinin ümumi sahəsi 30 min 150 kvadratmetrdir. Təmir işlərinə 1 milyon 775 min 76 manat vəsait sərf olunacaq.

Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Taleh Alxasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dam örtüklərinin təmirinə yaxın günlərdə başlanılacaq.

Şəhər Mənzil İstismar Sahəsindən verilən məlumata görə, hazırda Şəki şəhərində 81 ədəd çoxmənzilli bina var. Son 3 ildə bu binaların 15-nin dam örtüyü müxtəlif maliyə mənbələri hesabına təmir olunub.

 Eləcə də bax:Şəhər və rayonlarında çoxmənzilli binalarla bağlı mühüm SƏRƏNCAM

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259