BÜDCƏ

Əsas kapitala 3631,1 milyon manat vəsait yönəldiblər
21 SENTYABR
319

Əsas kapitala 3631,1 milyon manat vəsait yönəldiblər

2018-09-21 10:23:00

2018-ci ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3631,1 milyon manat vəsait yönəldilib.

Fins.az  Dövlət Statistika Komitəsinin məlumataına əsasən xəbər verir ki,  xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2915,0 milyon manatı (80,4 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizini əsaslı təmir, 8,9 faizini cari təmir, 19,1 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 79,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253