BÜDCƏ

DSMF-nin debitor borcların yığılması qənaətbəxş deyil-Hesablama Palatası
17 SENTYABR
256

DSMF-nin debitor borcların yığılması qənaətbəxş deyil-Hesablama Palatası

2018-09-17 12:48:00

“2017-ci ildə məhkəmə iddialarının qaldırılması vasitəsilə debitor borcların aradan qaldırılması istiqamətində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti də qənaətbəxş nəticələr verməyib”.

Fins.az Hesablama Palatasına istinadən xəbər verir ki, borcların həcmi ilə müqayisədə daha az sayda və məbləğdə iddia qaldırılıb, müvafiq məhkəmə qətnamələri ilə təmin olunmuş iddialar üzrə də borcların tam ödənişi həyata keçirilməyib. Belə ki, təqdim edilmiş məlumatlara əsasən 2017-ci ildə ümumilikdə 22 mln. 892,1 min manat və ya ilin əvvəlinə olan ümumi debitor borcu məbləğinin 6,7%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarında cəmi 762 sayda iddia qaldırılıb, həmin iddialardan 10 mln. 861,5 min manatı əhatə edən 450 iddiaya məhkəmə orqanlarında baxılıb, 3 mln. 303,3 min manatı və ya iddia qaldırılmış məbləğin 14,4%-i qədər məbləği əhatə edən 466 iddia təmin edilib, 7 mln. 509,4 min manatı və ya baxılmış iddialar üzrə məbləğin 69,1%-ni əhatə edən 7 iddia rədd edilib, təmin olunmuş 3 mln. 303,3 min manat iddia məbləğindən 107,3 min manatın və ya 3,2% məbləğin ödənişi təmin edilib ki, bu da cəmi qaldırılmış iddia məbləğinin 0,5%-i qədərdir

Qaldırılmış iddiaların 228 iddia üzrə (29,9%) 21 mln. 530,6 min manatı (94,1%) digər hüquqi şəxslər üzrə olub. Həmin iddialardan 9 mln. 952 min manatı (ilin əvvəlinə olan borc məbləğinin 3,8%-i, 21 AUDİTOR TRİBUNASI 2018, №2 qaldırılmış iddia məbləğinin 46,2%-i) əhatə edən 45 iddiaya (qaldırılmış iddiaların 19,7%-i) məhkəmə orqanlarında baxılıb, cəmi 2 mln. 349,8 min manat borcu əhatə edən 43 iddia (qaldırılmış iddia məbləğinin 10,9%-i, ərizələrin 18,8%-i) təmin edilib, 7 mln. 501,1 min manat borc üzrə 1 iddia rədd edilib, təmin olunmuş iddialar üzrə müvafiq məhkəmə qərarından sonra cəmi 53,4 min manat və ya qaldırılmış iddia məbləğinin 0,2%-i, təmin olunmuş iddia məbləğinin isə 2,3%-i qədər borc ödənilib.

2016-cı ildə olduğu kimi, 2017-ci ildə də say baxımından iddiaların əsas hissəsi, yəni 513-ü və ya 67,3%-i fiziki şəxslər üzrə qaldırılıb. Təhlillər və Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında həyata keçirilmiş nəzarət tədbirləri, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də debitor borcların aradan qaldırılması istiqamətində görülmüş tədbirlərin yetərsiz olduğunu, iddiaların müvafiq məhkəmə qərarları ilə təmin olunmasından sonra da ödənişlərin həyata keçirilməsində problemlərin mövcudluğunu deməyə əsas verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253