BÜDCƏ

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ötən il zərərlə işləyib
14 SENTYABR
249

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ötən il zərərlə işləyib

2018-09-14 17:35:00

2017-ci ildə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin cəmi aktivləri 1,48% azalaraq 17,310 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, qurumun cəmi öhdəlikləri 8,02% azalaraq 1,805 mln. manata enib. Öhdəliklərin 755,220 min manatı uzunmüddətli, 1,050 mln. manatı isə qısamüddətli öhdəliklərdir.

Ötən bir il ərzində İB-nin nizamnamə kapitalı dəyişməyərək 8 mln. 359,428 min manat olduğu halda, cəmi kapitalı 0,74% azalaraq 15 mln. 505,367 min manat təşkil edib.

Hesabat dövründə İB-nin gəlirləri 10,082 mln. manat, xərcləri isə 10,513 mln. manat olub.

Qeyd edək ki, ötən il İB-nin zərəri 115,914 min manat təşkil edib.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258