BÜDCƏ

Rəqabət Məcəlləsi payız sessiyasına çıxarılacaq?
13 SENTYABR
155

Rəqabət Məcəlləsi payız sessiyasına çıxarılacaq?

2018-09-13 12:19:00

Rəqabət Məcəlləsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmaya bilər. 

Bu barədə Fins.az Modern.az-ın məlumatına əsasən xəbər verir ki,  Məcəllə Milli Məclisin payız sessiyasının 2018-ci il qanunvericilik işlər planına daxil edilməyib.

“Bildiyimiz kimi, dəfələrlə Rəqabət Məcəlləsinin yeni layihəsinin Prezident Administrasiyasında hazırlanması ilə bağlı Milli Məclisdə fikirlər səsləndirilib. Ancaq Rəqabət Məcəlləsi Milli Məclisin payız sessiyasının 2018-ci il qanunvericilik işlər planına daxil edilməyib. Bu o demək deyil ki, Rəqabət Məcəlləsi qanunvericilik işlər planına daxil edilməyibsə, müzakirəyə çıxarılmayacaq. Bildiyimiz kimi, Milli Məclisdə təkcə qanunvericilik işlər planına daxil edilən məsələlər müzakirə olunmur. Praktikadan da görünüb ki, qanunvericilik işlər planına daxil edilməyən qanun layihələri də müzakirəyə çıxarılıb. Payız sessiyası  ərzində Rəqabət Məcəlləsinin yeni layihəsi Prezident Administrasiyasında tam hazırlandıqdan sonra Milli Məclisə göndərilə və müzakirəyə çıxarıla bilər”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254