BÜDCƏ

İlham Əliyev bu rayona 9,4 milyon pul ayırdı – SƏRƏNCAM
13 SENTYABR
1484

İlham Əliyev bu rayona 9,4 milyon pul ayırdı – SƏRƏNCAM

2018-09-13 10:09:00

Prezident İlham Əliyev sentyabrın 12-də “Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255