BÜDCƏ

Bu addım gömrük sahəsində şəffaflığın təmin olunmasına imkan yaradacaq
12 SENTYABR
100

Bu addım gömrük sahəsində şəffaflığın təmin olunmasına imkan yaradacaq

2018-09-12 11:44:00

Azərbaycan Dövlət Gömrük Komitəsi yaxın müddətdə iki beynəlxalq konvensiyaya qoşulacaq.

Fins.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Ofisində "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu konvensiyalardan biri "Ümumi Tranzit Proseduru”, digəri isə “Malların ticarəti zamanı qeydiyyatın sadələşdirilməsi” haqqında konvensiyasıdır.

O qeyd edib ki, bu iki konvensiyaya qoşulma yaxın zamanlarda baş tutacaq: “Ölkəmizin bu konvensiyaya qoşulması “Made in Azerbaijan” brendinin tanınmasına və gömrük sahəsində şəffaflığın təmin olunmasına imkan yaradacaq”.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253