BÜDCƏ

Peyklərimizdən əldə edilən gəlir açıqlandı
03 SENTYABR
278

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

2018-09-03 15:31:00

2018-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Cari ilin ilk 7 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin  ixracından 14 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.  “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2018-ci ilin iyul ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib.  “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 7 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249