BÜDCƏ

Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
20 AVQUST
258

Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

2018-08-20 17:26:00

Vergilər naziri Mikayıl Cabbarov avqustun 27-də, saat 11:00-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Fins.az nazirliyə istinadən xəbər verirk ki, qəbul Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi, 2 ünvanında yerləşən 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında keçiriləcək.

Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan sakinlər iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 avqust 2018-ci il tarixlərində Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258