BÜDCƏ

Hesablama Palatası 232 halda nöqsan müəyyən edib
30 İYUL
255

Hesablama Palatası 232 halda nöqsan müəyyən edib

2018-07-30 12:52:00

Azərbaycan Hesablama Palatası tərəfindən 232 halda nöqsan müəyyən edilib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatda əks olunub.

Təhlillər göstərrir ki, büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib. Bu nöqsanlarla yanaşı dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarının da payı böyükdür.

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 mln. manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu 2,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilib.

Hesablama Palatasının 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 mlrd. manat məbləğində vəsaiti əhatə edib. Həmin vəsaitlərin 32,5%-ni dövlət büdcəsinin və 2,4%-ni büdcədənkənar fondlarının büdcəsinin xərcləri, 14,2%-ni dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9%-ni isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil etdib.

Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olub. Belə ki, cəmi məbləğin 42,3%-i 2016-ci ilə, 55,3%-i 2017-ci ilə aid olub, 0,3%-i 2018-ci ili və qalan 2,1%-i isə 2011-2015-ci illəri əhatə edib.

Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 8-ni əhatə edib.

Əhatə edilmiş vəsaitin 96,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.

Hesabat dövründə aparılmış nəzarət tədbir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259