BÜDCƏ

Bu gün vətəndaşların hansı hüquqi yardımları pulsuz alacağı açıqlanıb
30 İYUL
126

Bu gün vətəndaşların hansı hüquqi yardımları pulsuz alacağı açıqlanıb

2018-07-30 10:42:00

 Bu gün "Vəkillərin peşə bayramı günü" ilə əlaqədar müraciət edən şəxslərə pulsuz hüquqi yardım göstəriləcək.

Fins.az-ın xəbərinə görə, bu, bütün vəkil qurumlarına şamil olunur.

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin Aparat rəhbəri Fərhad Nəcəfov "Report"a bildirib ki, söhbət bir gün ərzində göstəriləcək hüquqi yardımdan gedir.

Aparat rəhbəri deyib ki, bu, əsas etibarilə cinayət işləri istisna olmaqla, digər sahələrdə şifahi və yazılı məsləhətlərin verilməsi, müxtəlif ərizələrin tərtibinə dair hüquqi yardımın fəaliyyətini əhatə edir: "Bu fəaliyyətlər ödənişsiz əsaslarla həyata keçiriləcək".

Qeyd edək ki, VK-nın Rəyasət Heyətinin iclasında 30 iyul - “Vəkillərin peşə bayramı günü”ndə VK-nın Rəyasət Heyəti üzvlərinin Bakı şəhərində yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oranın sakinlərinə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilib. Həmçinin bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunub.

 © Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254