BÜDCƏ

“Fitch” Azərbaycan iqtisadiyyatının artım səbəblərini açıqladı
28 İYUL
387

“Fitch” Azərbaycan iqtisadiyyatının artım səbəblərini açıqladı

2018-07-28 22:09:00

Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanda siyasi-sosial sabitliyin qorunub-saxlanacağını açıqlayıb. 

Fins.az xəbər verir ki, qurum eyni zamanda xarici valyutada emitetin defoltunun uzunmüddətli reytinqini  “BB+”, sabit səviyyəsində təsdiqləyib. 

Agentliyin proqnozuna görə, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin yüksək olması, qaz hasilatı, turizm və kənd təsərrüfatının inkişaf etməsi nəticəsində cari ildə 2 faiz artım nümayiş etdirəcək. 

O da bildirilir ki, Azərbaycanın makroiqtisadi sabitliyi inflyasiyanın cari ilin 5 ayında 3,2 faizə düşməsi fonunda yüksəlir. Qeyd edilir ki, 2017-ci ilin müvafiq dövründə bu rəqəm 12,9 faiz təşkil edirdi. 

Bank sektorunda dollarlaşmanın azaldığını vurğulayan agentlik bank depozitlərində dolların payının 2017-ci ilin sonundakı 67 faizdən  2018-ci ilin iyun ayının 1-nə 63 faizə, kreditlər üzrə isə 41 faizdən 39 faizə düşdüyünü irəli sürür. 

“Fitch” cari il üzrə tədiyyə balansının profisitinin ÜDM-in 6,4 faizinə yüksələcəyini proqnozlaşdırır:

“Buna neftin yüksək qiyməti, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, “Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracı təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255