BÜDCƏ

Bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən illə müqayisədə 5,8 faiz çoxdur
26 İYUL
181

Bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən illə müqayisədə 5,8 faiz çoxdur

2018-07-26 11:57:00

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 380 milyon manat təşkil edəcək ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 milyon manat və yaxud 5,8 faiz çoxdur.

Fins.az-a vergiler.az saytına istinadla bildirir ki, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 milyard manat nəzərdə tutulur. Bu 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 milyon manat və yaxud 3,7 faiz, 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 milyard 27 milyon manat və yaxud 17,0 faiz azdır.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 milyard 155 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 milyon manat və ya 29,8 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 546,2 milyon manat və ya 20,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259