BÜDCƏ

Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək
24 İYUL
184

Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

2018-07-24 09:52:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iyulun 28-də saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 27) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən  verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 27-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260