BÜDCƏ

Gömrük Komitəsi büdcəyə köçürdüyü vəsiti açıqladı – BİR MİLYARDDAN ARTIQ
12 İYUL
1346

Gömrük Komitəsi büdcəyə köçürdüyü vəsiti açıqladı – BİR MİLYARDDAN ARTIQ

2018-07-12 14:26:00

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 618 mln. 996,90 min manat daxil olub.

Fins.az xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 447 mln. 770,39 min manat və ya 38,23% artıb.

Ötən 6 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 412 mln. 167,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 114 mln. 300 min manat, aksizlər üzrə 75 mln. 257,20 min manat, yol vergisi üzrə isə 17 mln. 271,90 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259