BÜDCƏ

Gömrük Komitəsi son bir ildə büdcə daxilolmalarını 49% artırıb
06 İYUL
115

Gömrük Komitəsi son bir ildə büdcə daxilolmalarını 49% artırıb

2018-07-06 09:53:00

Bu ilin iyununda Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 293 mln. 360,2 min manat təşkil edib.

Fins.az xəbər verir ki, 2017-ci ilin iyun ayı ilə müqayisədə daxilolmalar 97 mln. 037 min manat və ya 49,42% çoxdur. Bu ilin may ayı ilə müqayisədə isə daxilolmalar 4 mln. 694,6 min manat və ya 1,57% azdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 70 mln. 693,7 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 358,4 min manat, aksizlər üzrə 17 mln. 330,2 min manat, yol vergisi üzrə isə 2 mln. 977,9 min manat təşkil edib

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270