BÜDCƏ

Bakıda yol tikintisinə 7,1 milyon manat ayrılıb – SƏRƏNCAM
02 İYUL
685

Bakıda yol tikintisinə 7,1 milyon manat ayrılıb – SƏRƏNCAM

2018-07-02 18:59:00

Azərbaycan Respublikasının Prezidentin İlham Əliyev "Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Fins.az xəbər verir ki, Sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,1 milyon (yeddi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250