BÜDCƏ

Milli Məclis üzvləri iki aylıq məzuniyyətə çıxıb
30 İYUN
213

Milli Məclis üzvləri iki aylıq məzuniyyətə çıxıb

2018-06-30 23:03:00

Milli Məclisinin sədri, sədr  müavinləri və üzvləri məzuniyyətə çıxıb.

Fins.az-a məlumatına görə, məzuniyyət avqustun 30-a qədər davam edəcək. 

MM üzvləri iki aylıq məzuniyyət pulu ilə təmin ediliblər. Məzuniyyət pulu deputatın parlamentdə tutduğu postdan asılı olaraq müvafiq qaydada 2 aylıq vəzifə maaşı miqdarındadır.

Qeyd edək ki, hazırda Milli Məclisin sədri 2475 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vəsait ödənilir. “Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250