BÜDCƏ

Vüqar Gülmmədov: "Dövlət büdcəsinin gəlirlərində əlavə potensiallar mövcuddur"
29 İYUN
195

Vüqar Gülmmədov: "Dövlət büdcəsinin gəlirlərində əlavə potensiallar mövcuddur"

2018-06-29 15:00:00

"Dövlət büdcəsinin gəlirlərində nəzərdə tutulmuş artımın gəlirlərin  ÜDM-ə nisbəti göstəricisinin təsdiq edilmiş göstəricilərlə müqayisədə 0,6 faiz-bəndi çox olmaqla 29,6 faizə çatmasına şərait yaradacaq".

Fins.az-ın məlumatına görə, bunu 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Cari dövrdə gəlirlərin icra vəziyyəti malların ixracından gömrük rüsumları, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) topdansatış qiyməti arasındakı fərqdən yığımlar və Dövlət Zəmanəti ilə Alınan Borcların Təminat Fonduna daxilolmalar üzrə potensialın mövcudluğunu deməyə əsas verir", - deyə V.Gülməmmədov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259