BÜDCƏ

Xaricilərin maliyyə əməliyyatları haqqında məlumatlarda yenilik
26 İYUN
175

Xaricilərin maliyyə əməliyyatları haqqında məlumatlarda yenilik

2018-06-26 13:55:00

“Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” yeni redaksiyada təsdiqlənib.

Fins.az  xəbər verir ki, bu barədə sənəd baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Sənəddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)”, - deyə bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273