BÜDCƏ

MM, MSK və Hesablama Palatasının sabiq üzvlərinin əmək pensiyalarına əlavələrin yenidən hesablanması qaydası açıqlanıb
26 İYUN
159

MM, MSK və Hesablama Palatasının sabiq üzvlərinin əmək pensiyalarına əlavələrin yenidən hesablanması qaydası açıqlanıb

2018-06-26 12:51:00

Sabiq deputatların, Mərkəzi Seçki Komissiyasının sabiq üzvlərinin, sabiq ombudsman, Hesablama Palatasının sabiq üzvlərinin əmək pensiyalarına qulluq stajına görə əlavələr, bu əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə yenidən hesablanacaq.

Fins.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nda əksini tapıb.

Bu Qayda 2017-ci il iyulun 1-dək təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Beləliklə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla), əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının sabiq üzvlərinin əmək pensiyalarına qulluq stajına görə əlavələr, bu əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə yenidən hesablanacaq.

Bu şəxslərin səlahiyyət müddətində fəaliyyət dövrü səlahiyyət müddətindən az (yarısından az, yarısı qədər və ya yarısından çox, lakin tam olmadıqda) olduqda onların tutmuş olduqları vəzifələr üzrə əməkhaqqındakı artım əsas götürülməklə pensiyanın artım məbləği fəaliyyət dövrünə uyğun olaraq (tam fəaliyyət dövrünə görə 80 faiz olmaqla) aşağıdakı düstura əsasən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur:

PMA = ƏHA x (FD x 80% / SM), burada:

PMA – pensiyanın artım məbləği;

ƏHA – orta aylıq əməkhaqqının artım məbləği;

FD – səlahiyyət müddətində fəaliyyət dövrü (il tam olmadıqda iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla);

SM – səlahiyyət müddətidir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267