BÜDCƏ

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik təsdiqlənib
25 İYUN
233

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik təsdiqlənib

2018-06-25 21:02:00

 Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Fins.az xəbər verir ki, sənədə əsasən, qanuna 16.4-1-ci maddə əlavə edilib.

Yeni maddədə deyilir: “Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər”.

Prezidentin imzaladığı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna əsasən, hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270