BÜDCƏ

Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək
25 İYUN
123

Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

2018-06-25 14:48:00

 Vergilər naziri Mikayıl Cabbarov iyunun 29-da,  saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 1) Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.

Fins.az-a Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Qəbula gəlmək istəyən vətəndaşlar iyunun 28-nə qədər adı çəkilən idarəyə, İsmayıllı rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267