BÜDCƏ

İlham Əliyev bu rayona 8,9 milyon ayırdı – SƏRƏNCAM
22 İYUN
566

İlham Əliyev bu rayona 8,9 milyon ayırdı – SƏRƏNCAM

2018-06-22 22:35:00

Prezident İlham Əliyev Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Fins.az-ın xəbərinə görə, sərəncamda doqquz min nəfər əhalinin yaşadığı, 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon (səkkiz milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258