BÜDCƏ

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin – MAAŞI AÇIQLANDI
21 İYUN
289

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin – MAAŞI AÇIQLANDI

2018-06-21 12:06:00

Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.

Fins.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2014-2017-ci illər ərzində Azərbaycanda 134 136 müəllim diaqnostik qiymətləndirmədən keçib.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250