BÜDCƏ

Gömrük Komitəsi dövlət büdcəsinə daxilolmaları 36% artırıb
20 İYUN
324

Gömrük Komitəsi dövlət büdcəsinə daxilolmaları 36% artırıb

2018-06-20 16:33:00

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 325 mln. 636,70 min manat daxil olub.

Fins.az xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-may ayları ilə müqayisədə 350 mln. 733,39 min manat və ya 35,98% artıb.

Ötən 5 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 341 mln. 474,10 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 911 mln. 941,60 min manat, aksizlər üzrə 57 mln. 927 min manat, yol vergisi üzrə isə 14 mln. 294 manat təşkil edib.

Eləcə də bax: Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduruna dair yeni tələblər müəyyənləşdirilib

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255