BÜDCƏ

Bu ilin 5 ayında DGK dövlət büdcəsinə nə qədər pul köçürüb?
13 İYUN
334

Bu ilin 5 ayında DGK dövlət büdcəsinə nə qədər pul köçürüb?

2018-06-13 17:14:00

"Bu ilin 5 ayı ərzində Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısındakı öhdəliklərini artıqlaması ilə yerinə yetirib".

Fins.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov bildirib.

Onun sözlərinə görə, 964 mln. 710 min manat proqnoz tapşırığına qarşı komitə dövlət büdcəsinə 1 mlrd. 325 mln. 640 min manat vəsait ödəyib.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinə əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə  dövlət büdcəsinə 2 mlrd. 430 mln. manat daxilolma proqnozlaşdırılıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255