BÜDCƏ

Dövlət büdcəsində bəzi xərclər azaldılır
13 İYUN
324

Dövlət büdcəsində bəzi xərclər azaldılır

2018-06-13 13:03:00

2018-ci ilin dövlət büdcəsindən bəzi xərclər azaldılır.

Fins.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, dövlət büdcəsindən bəzi xərcləri tənzimləmək üçün 2018-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin xərcləri çərçivəsində funksional təsnifatın “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsindən 25 milyon manat vəsait azaldılacaq. 

Həmin vəsaitin 7 milyon manatı ölkədə turizmin inkişafı üçün “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsinə, 18 milyon manatı əsaslı vəsait qoyuluşu xərclərinin artırılması  üçün “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinə yönəldilməsi  nəzərdə tutulur.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258