BÜDCƏ

Dövlət büdcəsindən ASC-yə 81 mln. manat ayrılacaq
12 İYUN
383

Dövlət büdcəsindən ASC-yə 81 mln. manat ayrılacaq

2018-06-12 17:34:00

“Azərenerji” ASC-yə dövlət büdcəsindən 81,4 mln. manat vəsait ayrılacaq və şirkətin nizamnamə kapitalı artırılacaq. 

Məlumata görə, həmin vəsait “Azərenerji”nin Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyinə görə qalıq borcunun ödənilməsi üçün ayrılır.

Qeyd edək ki, “Wartsila” “Səngəçal” modul tipli elektrik stansiyası yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satın alınmasını həyata keçirib və bununla bağlı texniki dəstək göstərib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256