BÜDCƏ

İlham Əliyev 2017-ci ilin dövlət büdcəsinin icrasını TƏSDİQLƏYİB
11 İYUN
356

İlham Əliyev 2017-ci ilin dövlət büdcəsinin icrasını TƏSDİQLƏYİB

2018-06-11 22:46:00

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb.

Fins.az-ın məlumatına görə, Azərbaycanın 2017-ci il dövlət büdcəsinin icrasının gəlirləri 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiqlənib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256