BÜDCƏ

Gömrük Komitəsi ayda büdcə daxilolmaları – AÇIQLADI
07 İYUN
269

Gömrük Komitəsi ayda büdcə daxilolmaları – AÇIQLADI

2018-06-07 21:32:00

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 298 mln. 54,8 min manat təşkil edib.

Fins.az xəbər verir ki, 2017-ci ilin aprel ayı ilə müqayisədə daxilolmalar 81 mln. 244,9 min manat və ya 37,47% çoxdur. Bu ilin aprel ayı ilə müqayisədə isə daxilolmalar 2 mln. 537,1 min manat və ya 0,84% azdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 77 mln. 457,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 201 mln. 948,5 min manat, aksizlər üzrə 15 mln. 503 min manat, yol vergisi üzrə isə 3 mln. 145,5 min manat təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249