BÜDCƏ

Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb
06 İYUN
126

Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb

2018-06-06 10:04:00

Azərbaycanda dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb.

Fins.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, əvvəllər bu məsələ vəkilləri narahat edib: "Dövlət hesabına hüquqi yardımın məbləği az idi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb. Bu, çox vacib idi".

A.Bağırov qeyd edib ki, Kollegiyanın məqsədi vəkillik institutunun inkişafıdır: "Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın. Bununla bağlı lazımi müzakirələri davam etdiririk".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269