BÜDCƏ

Neft-qaz podratçıları ötən il büdcəyə 0,5 mln. manatadək mənfəət vergisi ödəyib
04 İYUN
96

Neft-qaz podratçıları ötən il büdcəyə 0,5 mln. manatadək mənfəət vergisi ödəyib

2018-06-04 14:15:00

Vergilər Nazirliyi xətti ilə neft sahələrindən dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə 2017-ci il üçün müəyyən edilmiş 1,840 mlrd. manat məbləğində proqnoz 1 mlrd. 784 mln. 19,7 min manat və ya 97,0% səviyyəsində icra olunub.

Fins.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əks olunub.

Sənəddə qeyd olunub ki, bu göstərici 2015-ci ilə nisbətən 305 mln. 827,1 min manat və ya 14,6% azalsa da, 2016-cı ilə nisbətən 173,987 mln. manat və ya 10,8% artıb. “2016-cı illə müqayisədə bu mənbədən gəlirlərin əsas tərkib hissələri kimi Dövlət Neft Şirkətinin büdcə ödənişləri 1317519,7 min manat təşkil etməklə 65 mln. 127,1 min manat və ya 5,2%, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi 466,500 mln. manat təşkil etməklə 108 mln. 859,9 min manat və ya 30,4% artıb,” – deyə sənəddə bildirilir.

Eləcə də bax: Büdcəyə dəyişiklik nə vaxta qaldı?

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269