BÜDCƏ

Azərbaycanda özəlləşmədən dövlət büdcəsinə daxilolma proqnozdan 2 dəfə az olub
04 İYUN
171

Azərbaycanda özəlləşmədən dövlət büdcəsinə daxilolma proqnozdan 2 dəfə az olub

2018-06-04 14:09:00

 2017-ci ildə özəlləşmədən dövlət büdcəsinə 106 462,9 min manat daxil olub. Bu isə həmin il üçün proqnozdan 1,9 dəfə azdır.

2017-ci il dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrinə aid olan və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən özəlləşmədən daxilolmalar 2017-ci il üçün 200 000 min manat məbləğində nəzərdə tutulmuşdu. 2017-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri olan özəlləşdirmədən daxilolmaların 106 462,9 min manat məbləğində icra edilməsi nəticəsində dövlət büdcəsinə 2017-ci il üçün nəzərdə tutulduğundan 93 537,1 min manat və ya 1,9 dəfə az vəsait daxil olub. 2017-ci ildə özəlləşdirmədən daxilolmalar 2016- cı ilin icrasından (31231,6 min manat) 75231,6 min manat və ya 3,4 dəfə, 2015-ci ilin icrasından (24089,2 min manat) isə 82373,7 min manat və ya 4,4 dəfə çox olub.

2017-ci il ərzində özəlləşdirmədən daxilolmaların 23 471,9 min manatını kiçik dövlət müəssisə və obyektləri, icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımçıq tikililərin və daşınar dövlət əmlakının hərrac və birbaşa əmək kollektivinə satışından daxilolmalar, 289,0 min manatını investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından daxilolmalar, 369,4 min manatını Səhmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışından daxilolmalar, 50,0 min manatını Birgə müəssisələrdə və banklarda nizamnamə kapitalında dövlət paylarının birbaşa satışından, hərrac və müsabiqələrdə satışından daxilolmalar, 82 242,0 min manatını özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmalar təşkil edib. 

Eləcə də bax: İlham Əliyev bu rayona 5,8 milyon manat ayırdı – SƏRƏNCAM

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253