BÜDCƏ

Ötən il "Azərsu" vergi borcunu 99,7% azaldıb
04 İYUN
189

Ötən il "Azərsu" vergi borcunu 99,7% azaldıb

2018-06-04 12:14:00

Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə hesabatlarda göstərilən iri dövlət vergi ödəyicilərinin borcları üzrə 2017-ci il ərzində əhəmiyyətli azalma “Azərsu” ASC üzrə müşahidə olunub.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, Cəmiyyətin borcları ümumilikdə 38 mln. 668 min manat və ya 99,7% azalaraq 01.01.2018-ci il tarixə 109,7 min manata (o cümlədən, borcun ümumi məbləği verginin əsas məbləği maliyyə sanksiyası faiz verginin əsas məbləği üzrə 13,1 min manata, faiz borcları üzrə 96,6 min manata) enib.

Eləcə də bax: Büdcəyə dəyişiklik nə vaxta qaldı?

© APA

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259