BÜDCƏ

Milli Məclisin dövlət büdcəsinə nəzarətinin artırılması təklif olunur
31 MAY
159

Milli Məclisin dövlət büdcəsinə nəzarətinin artırılması təklif olunur

2018-05-31 13:35:00

Azərbaycanda dövlət büdcəsinə Milli Məclisin nəzarətinin artırılması üçün addımlar atılmalıdır".

Fins.az-ın  verdiyi xəbərə görə, bunu Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. 

O həmçinin bildirib ki, yerli bankların istehsal sahələrinə kredit verməsi üçün stimullaşdırıcı tədbirləri artırılarsa qeyri-neft sektorunun səmərəliliyini də artırmaq olar. 2017-ci ildə Azərbaycanda neft amilinin rolunun azaldığı qeyd edən deputat bu prosesin davamlı olmasının mümkünlüyünü vurğulayıb. 

Digər deputat Siyavuş Novruzov isə bankların verdiyi kreditlərin illik faiz dərəcələrinin hələ də yüksək olmasına diqqət çəkib: "Faizlər elə yüksəkdir ki, kiçik və orta sahibkarlıq inkişaf edə bilmir və nəticədə oradan büdcəyə kifayət qədər vəsait gəlmir. Faizlərlə bağlı hansı işlərin görülməsi müzakirə olunmalıdır". 

Eləcə də bax:Azərbaycanın ümumi dövlət borcunun 94%-i xarici borcların payına düşür

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269