BÜDCƏ

Qeyri-formal məşğulluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradıla bilər
30 MAY
163

Qeyri-formal məşğulluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradıla bilər

2018-05-30 16:10:00

Azərbaycanda qeyri-formal məşğulluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradıla bilər.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əlavə edilən 31-ci (“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı) maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır.

“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.

Eləcə də bax: Ali məktəblərin, bağçaların və orta məktəblərin idarə edilməsi qaydaları dəyişib

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269