BÜDCƏ

Gömrük Komitəsi sədri "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub
29 MAY
1537

Gömrük Komitəsi sədri "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub

2018-05-29 16:34:00

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

Eləcə də bax: Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272