BÜDCƏ

Vergilər Nazirliyi: "Bu il e-qaimə-fakturalar üzrə 14,1 mln. manatlıq əməliyyat aparılıb
23 MAY
277

Vergilər Nazirliyi: "Bu il e-qaimə-fakturalar üzrə 14,1 mln. manatlıq əməliyyat aparılıb

2018-05-23 09:35:00

“2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində e-qaimə-fakturaların sayı ümumilikdə 2 milyon 651 min 795 ədəd olub”.

Fins.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin əməkdaşı Emil Əzizli deyib.

E.Əzizlinin sözlərinə görə, e-qaimə-fakturaların əksəriyyəti Bakı şəhəri ərazisinin payına düşür:

“Bu e-qaimə-fakturalardan 2 milyon 421 min 745 ədədi (91,32%) Bakı şəhəri, 230 min 050-si (8,68%) isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə-fakturalar üzrə əməliyyatların məbləği 14,1 mln. manat olub”.

Bu hər e-qaimə-faktura üzrə ortalama 5,32 manatlıq əməliyyat aparılması deməkdir.

Eləcə də bax: Prezident bu rayona 2 milyon pul ayırdı – SƏRƏNCAM

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260