BÜDCƏ

"Əmək məzuniyyətlərinin müddətləri"nə dəyişiklik edildi
22 MAY
1835

"Əmək məzuniyyətlərinin müddətləri"nə dəyişiklik edildi

2018-05-22 14:05:00

Dəyişiklik "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır

Məcəlləsinin 118-ci maddəsinə (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) dəyişiklik edilib. Fins.az-ın məlumatına görə, dəyişikliyə əsasən, məcəllənin 118-ci maddəsinin 2-ci hissəsinin "a" bəndində "uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara" sözləri "təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara" sözləri ilə əvəz edilib. 

Eləcə də bax: Azərbaycanda neftin büdcə qiyməti dəyişdiriləcək

Mövcud variantda deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;.

Təklif olunan variantda isə deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;.

Bu dəyişiklik "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi Milli Məclisin mayın 18-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256