BÜDCƏ

Azərbaycanın büdcə təşkilatları ötən il 90 mln. manata qənaət edib
22 MAY
239

Azərbaycanın büdcə təşkilatları ötən il 90 mln. manata qənaət edib

2018-05-22 12:59:00

2017-ci ilin sonunda büdcə təşkilatlarının istifadə etməyərək geri qaytardığı vəsaitin məbləği təxminən 90 mln. manat olub.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

"Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə artıb. Əvvəlki illə müqayisədə yerli və mərkəzləşdirilmiş gəlirlərdə azalma olsa da, proznoza qarşı isə mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə təmin olunub", - deyə o, qeyd edib. 

V.Gülməmmədovun sözlərinə görə, 2017-ci ildə ümumi büdcə xərclərinin 46,6%-i ilin I yarısında icra olunub.

"Ötən il 8 900 ədəd olmaqla ümumilikdə 4,424 mlrd. manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Satınalamaların sayı ilin I və II yarısında bərbər paylanılıb. 7 630 satınalma müsabiqəli şərtlə keçirilib. Xərclərin icrasında sosail təminat, sosial müdaifə bölmələri 100,1% icra edilib", - deyə o, əlavə edib. 

Eləcə də bax: Azərbaycanda neftin büdcə qiyməti dəyişdiriləcək

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259