BÜDCƏ

Vüqar Gülməmmədov: "Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir"
22 MAY
345

Vüqar Gülməmmədov: "Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir"

2018-05-22 12:46:00

"2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, ötən il  7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.

Hesablama Palatasının rəhbəri əlavə edib ki, ötən il büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında təmin olunub. V.Gülməmmədov gəlirlər üzrə icra səviyyəsini də açıqlayıb: "Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir.

Eləcə də bax: Azərbaycanda hansı müəllimlərin sertifikasiyadan azad olunacağı açıqlanıb

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255