BÜDCƏ

2017-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisdə müzakirə ediləcək
22 MAY
197

2017-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisdə müzakirə ediləcək

2018-05-22 09:24:00

Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Fins.az-ın məlumatına görə, Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi geniş  müzakirə edilib.

Eləcə də bax: Azərbaycanda dövlət qulluqçularının sayı və onların əməkhaqqı açıqlanıb

Rəydə dövlət büdcəsinin gəlirləri, xərcləri, həmçinin dövlət borcu ilə bağlı ətraflı təhlillərin əks olunduğu, məlumat bazasının genişləndirildiyi qeyd edilib, Rəyin strukturunda təkmilləşdirilmə aparıldığı diqqətə çatdırılıb.

İclasda Rəy barədə fikir və təkliflər bildirilib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256