BÜDCƏ

Ötən il dövlət qurumları 42 mln. manat vəsaitin təyinatını dəyişdirib
18 MAY
169

Ötən il dövlət qurumları 42 mln. manat vəsaitin təyinatını dəyişdirib

2018-05-18 13:59:00

2017-ci ildə başa çatdırılmış tədbirlər üzrə dövlət büdcəsinə 12 mln. 694,1 min manat, 62,4 min dollar və 775,4 avro, qurumların hesablarına 1 mln. 704,9 min manat, əvvəlki illərdə aparılmış tədbirlər üzrə isə dövlət büdcəsinə  2 mln. 519,2 min manat və 11,4 min dollar, ümumilikdə 16 mln. 918,2 min manat, 73,8 mi dollar və 775,4 avro, DSMF-nin büdcəsinə 1 mln. 120,9 min manat məbləğində vəsaitin bərpası təmin edilib.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, hesabat ilində yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı illə müqayisədə 50% çox vəsait bərpa edilib. 2017-ci ildə bərpa edilmiş vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur. “Hesablama Palatasının 2017-ci ilin iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 10 analitik təhlil və 50 audit olmaqla 60, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 11 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib, hesabat ilində 1 nəzarət tədbiri növbəti ilə saxlanılıb. 2016-cı ilin iş planına daxil olan nəticələri hesabat ilində yekunlaşan 1 audit də nəzərə alınmaqla 2017-ci ildə 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərar qəbul edilib, həyata keçirilən 6 tədbirin nəticələrinin hesabat tərtib edilən müddətdə yekunlaşdırılması səbəbindən həmin tədbirlər üzrə müəyyən edilən nöqsanlar təsnifləşdirilsə də qurumların həyata keçirəcəyi tədbirlərlə bağlı müvafiq məlumatlar növbəti ildə hesabata daxil ediləcək. Qeyd edim ki, hesabat ilində aparılmış nəzarət tədbirləri 4 Açıq Səhmdar Cəmiyyətinin, 1 Qapalı Səhmdar Cəmiyyətinin və 1 Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyəti əhatə olunub,” – deyə V. Gülməmməov bildirib.

V. Gülməmməodv bildirib ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.

Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib: “Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib ki, bu da 2016-cı ilin göstəricisindən 2,6 faiz çoxdur. Ümumilikdə, 2017-ci ildə audit ilə əhatə olunan qurumların sayı 135 olub”.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269