BÜDCƏ

Dövlət qurumlarının büdcə vəsaitləri üzrə 2,1 milyard manat debitor borcu var
11 MAY
345

Dövlət qurumlarının büdcə vəsaitləri üzrə 2,1 milyard manat debitor borcu var

2018-05-11 15:30:00

Hesablama Palatasının 2017-ci il üçün iş planına əsasən dövlət büdcəsindən maliyyələşən qurumlarda 2015-2016-cı illərdə debitor borcların yaranması, tərkibi, strukturu və dinamikasını müəyyən etmək məqsədilə debitor borcların təhlili aparılıb.

Fins.az-ın məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.

Təhlil 76 təşkilat və müdafiə bölməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə maliyyə hesabatlarını əhatə edib. Təhlillə əhatə edilmiş təşkilatlar üzrə 01.01.2016-cı il tarixə 2 mlrd. 705 mln. 43,8 min manat və 01.01.2017-ci il tarixə isə 2 mlrd. 101 mln. 450,6 min manat debitor borcun olduğu müəyyən edilib. 

"01.01.2017-ciil tarixə ümumi debitor borc məbləğində ən çox faiz tutumu təşkil edən 9 təşkilat üzrə hesabatların təhlili daha ətraflı aparılıb və həmin təşkilatlar üzrə təqdim olunan maliyyə hesabatlarına əsasən qeyd edilmiş debitor borc məbləğləri barədə məlumatlar ilə dövlət xəzinədarlıq orqanları tərəfindən təqdim edilmiş üzləşmə aktında göstərilən debitor borc məbləğləri müqayisə edilib və bəzi təşkilatlar üzrə fərqlərin mövcud olduğu müəyyən edilib. Eyni zamanda, həmin təşkilatların maliyyə hesabatlarının nəticələrinə görə ümumilikdə 154 mln. 727 min manat əvvəlki illərdə yaranmış debitor borc məbləğlərindən ibarət olub", - deyə hesabatda vurğulanıb.

Belə ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 10 mln. 90,7 min manat debitor borcun 9 mln. 778,9 min manatı, Gənclər və idman Nazirliyi və Xəzinədarlıq orqanı arasındakı üzləşmə aktına əsasən 11 mln. 653,2 min manat debitor borcun 4 mln. 84,3 min manatı əvvəlki illərdə yaranmış borclardan ibarət olub.

"Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət" bölməsinin "Sair xərclər" paraqrafı üzrə Xəzinədarlıq orqanı ilə üzləşmə aktında 6 mln. 681,4 min manat debitor borc göstərilsə də hesabat üzrə bu məbləğ 6 mln. 197,6 min manat yəni, 483,8 min manat az olub.

Mədəniyyət və Turizm Nazirliyi ilə Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 49 mln. 446,2 min manat debitor borc mövcud olub ki, bunun da 13 mln. 927,4 min manatı hesabat ilində, 31 mln. 910,9 mln. manatı əvvəlki illərdə, 3 mln. 607 min manat isə həm cari, həm də əvvəlki illərdə yaranmış borclardan ibarətdir. Bununla yanaşı, maliyyə hesabatında debitor borcun məbləği 43 mln. 482,9 min manat göstərilib ki, bu da Xəzinədarlıq orqanı ilə üzləşmə aktlarında olan məbləğdən 5 mln. 963,4 min manat azdır.

Səhiyyə Nazirliyi ilə Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 16 mln. 579,3 min manat debitor borc mövcud olub ki, bunun da 16 mln. 413 min manatı hesabat ilində, 166,3 min manatı isə əvvəlki illərdə yaranmış borclardan ibarətdir. Bununla yanaşı, maliyyə hesabatında 16 mln. 579 min manat debitor borc göstərilsə də bu məbləğ Xəzinədarlıq orqanı ilə üzləşmə aktlarında 523,8 min manat az təşkil edib.

İqtisadiyyat Nazirliyi ilə Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 59 mln. 872,5 min manat debitor borc mövcud olub ki, bunun da 13 mln. 33,4 min manatı hesabat ilində, 46 mln. 839,1 min manatı isə əvvəlki illərdə yaranmış borclardan ibarətdir.

Təhsil Nazirliyi ilə Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 55 mln. 752,3 min manat debitor borc mövcud olub ki, bunun da 50 mln. 744,4 min manatı hesabat ilində, 4 mln. 938,6 mln. manatı əvvəlki illərdə, 69,3 min manatı isə həm cari, həm də əvvəlki illərdə yaranmış borclardan ibarətdir. Bununla yanaşı, "Sair tikinti" bölməsinin "Digər tikililərin inşası" yarımmaddəsi üzrə Xəzinədarlıq Orqanı ilə üzləşmə aktında 17 mln. 383,9 min manat debitor borc göstərilsə də, hesabat üzrə bu məbləğ 16 mln. 889,2 min manat, yəni 494,1min manat az, "Təhsil" bölməsinin "Digər maşınlar və avadanlıqlar maddəsi" üzrə isə Xəzinədarlıq Orqanı ilə üzləşmə aktında 5 mln. 899,1 min manat debitor borc göstərilsə də hesabat üzrə bu məbləğ 6 mln. 918,1 min manat, yəni 1 mln. 19 min manat çox olub.

Nəqliyyat Nazirliyi ilə Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 44 mln. 180,4 min manat debitor borc mövcud olub ki, bu da əvvəlki illərdə yaranmış borclardan ibarətdir. Bununla yanaşı, maliyyə hesabatlarında 44 mln. 180,4  min manat debitor borc göstərilsə də Xəzinədarlıq Orqanı ilə üzləşmə aktı üzrə bu məbləğ 17 mln. 400 min manat və ya 26 mln. 780,4 min manat az təşkil edib.

Gənclər Fondu və Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 2 mln. 343,4 min manat debitor borc mövcud olub ki, bunun da 1 mln. 803,4 min manatı hesabat ilində, 540,1 mln. manatı əvvəlki illərdə yaranmış borclardan ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyi və Xəzinədarlıq Orqanı arasındakı üzləşmə aktına əsasən büdcə vəsaitləri üzrə 01.01.2017-ci il tarixə 19 mln. 928,5 min manat debitor borc mövcud olub ki, bunun da 7 mln. 640,1 min manatı hesabat ilində, 12 mln. 288,4 mln. manatı əvvəlki illərdə əvvəlki illərdə yaranmış borclardan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256