BÜDCƏ

Hesablama Palatası ötən ili 59 min manatlıq zərərlə başa vurub
10 MAY
289

Hesablama Palatası ötən ili 59 min manatlıq zərərlə başa vurub

2018-05-10 16:18:00

2017-ci ilin sonuna Hesablama Palatasının 5926,7 min manat aktivləri, o cümlədən pul vəsaitləri və onların ekvivalentləri 3,5 min manat, qısamüddətli debitor borcları 2,2 min manat, ehtiyatlar 67,2 min manat, sair qısamüddətli aktivlər 11,1 min manat, torpaq tikili avadanlıqlar üzrə uzunmüddətli aktivlər 5807,02 min manat, qeyri-maddi aktivləri 30,8 min manat və sair uzunmüddətli qeyri-maliyyə aktivləri 4,7 min manat, qısamüddətli öhdəlikləri isə 16,8 min manat olub.

Fins.az-ın məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, hesabat ilində Hesablama Palatasının qeyri-birja əməliyyatlarından alınmış keçmiş illər üzrə gəlirlər və sair əməliyyat gəlirləri nəzərə alınmaqla 3 413,9 min manat vəsait gəlir kimi tanınıb. Bu, ötən illə müqayisədə 1,66% çox deməkdir.

Əmək haqqı və dövlət sosial müdafiə fonduna ayırmalar üzrə 2 852,9 min manat, sərf edilən materiallar üzrə 61,3 min manat, amortizasiya xərcləri üzrə 130,9 min manat, sair əməliyyat xərcləri üzrə 427,5 min manat olmaqla, cəmi 3 472,6 min manat vəsait xərc kimi tanınıb ki, bu da ötən illə müqayisədə 2,23% azdır. Hesablama Palatası ötən ili 58,7 min manat zərərlə başa vurub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256