BÜDCƏ

2019-cu il üçün vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb
05 MAY
557

2019-cu il üçün vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb

2018-05-05 19:52:00

“2019-cu il üçün vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb”.

Fins.az-ın məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.

“Məlumdur ki, dövlətin əsas hədəfləri gəlir və vergi siyasətinin, biznes mühitinin yaxşılaşdırılması, əlverişli vergi mühitinin yaradılmasıdır. Vergi orqanının və ödəyicisinin arasında portnyorluğun yaxşılaşdırılmasıdir ki, burada etibarlılıq mühitinin yaradılması əsas şərtdir. Məhz bu məqsədlə hər il  qanunvericilikdə edilən dəyişikliklər sahibkarlıq mühinin yaxşılaşdırılması, vergi yükünü optimallaşdırılması, vergi nəzarəti mexanizmlərinin həyata keçirilməsindən ibarətdir”, - deyə N.İmanov vurğulayıb.

N.İmanov qeyd edib ki, 2017-ci ildə vergi qanunvericiliyində dəyişiklik həyata keçirilməyib: “2016-cı ilin dekabr ayında böyük bir paket dəyişilkliklər olub. Böyük dəyişiklikdən sonra ən azı 1 il gözləmək lazımdır ki, bu, öz effektini göstərsin. Əlbəttə qanunvericiliyin tez-tez dəyişməsi məqsədimiz deyil. Ancaq qanunvericilikdə olan müəyyən qaydaların dəyişilməsi uyğunlaşma xarakterlidir. 2018-ci il üçün dəyişiklik olmasa da 2019-cu il üçün dəyişiklik paketi hazırlanıb. Qarşıda duran  bu məqsədlərə çatmaq üçün şəffaf mühitin olması zərurudir. Dövlət orqanı və sahibkar arasıda ədalətlilik prinsipi olmalıdır. Vergi nəzarətinin sahibkar tərəfindən bəyan edilməsi əsas məqsəddir. Məhz bu məqsədlə də bir neçə normativ sənədlər təsdiq olunub. Əldə edilmiş gəlir və xərclərin uçotunun aparılması, elektron- qaimə fakturaların tətbiqi artıq oz effektini göstərir. Sahibkarlar artıq anlayırlar ki, vergini yayındırmaq olmaz. Sahibkar dövlət orqanı nə qədər açıq olsa, şəffalıq mühiti, vergi nəzarəti tədbirlərinin azalmasına şərait yaratmış olarlar”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254