BÜDCƏ

Ombudsmanın maaşı və pensiyası artırılır
04 MAY
321

Ombudsmanın maaşı və pensiyası artırılır

2018-05-04 10:24:00

Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin (Ombudsman) maaşı artırılır.

Fins.az-ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunda dəyişiklik edilir.

Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.

Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı - 4 min 50 manat məbləğində ona pul təminatı verilirdisə, indi bu rəqəm 4 min 460 manat olacaq. Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 784 manat pensiya alacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) postunu Elmira Süleymanova tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254