BÜDCƏ

Prezident İlham Əliyev Ağstafada yol tikintisinə 3 milyon manat ayırıb
03 MAY
553

Prezident İlham Əliyev Ağstafada yol tikintisinə 3 milyon manat ayırıb

2018-05-03 18:11:00

Prezident İlham Əliyev mayın 3-də “Ağstafa rayonunun Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259